"Borussiya" azərbaycanlı futbolçu alır

"Borussiya" azərbaycanlı futbolçu alır
DÜNYA FUTBOLU 6 Yanvar 2011 / 23:46 3565
-  A +

İran milli komandasının və "Saypa" klubunun əslən azərbaycanlı futbolçusu Kərim Ənsərifərd tezliklə Almaniyanın Dortmund "Borussiya"sına keçə bilər. Qol.Az-ın məlumatına görə, 20 yaşlı hücumçu jurnalistlərlə söhbətində "Borussiya"nın onunla maraqlandığını təsdiqləyib.

Ənsərifərd Avropanın digər klublarından da təklif aldığını söyləyib. Bununla belə, gənc forvard hazırda bütün diqqətini Qətərfə start götürəcək Asiya Kubokuna yönəltdiyini vurğulayıb.
 
Qeyd edək ki, Kərim Ənsərifərd 3 aprel 1990-cı ildə İranın Ərdəbil şəhərində doğulub. O, "Saypa"da 78 oyunda 26, 2009-cu ildə debüt etdiyi İran millisində isə 13 matçda 2 qol vurub.  

Son xəbərlər