Məşhur futbolçu karyerasını göz yaşları ilə başa vurdu - Video

Məşhur futbolçu karyerasını göz yaşları ilə başa vurdu - Video
VİDEO 18 Oktyabr 2022 / 12:13 6691
-  A +

Məşhur futbolçu Qonzalo İquain karyerasını başa vurub.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu komandası "İnter Mayami" (ABŞ) ilə son oyununa çıxıb. O, mövsümün son matçında - MLS-in pley-offunda "Nyu-York Siti" ilə görüşdə (0:3) meydanda olub.

İquain oyundan sonra göz yaşlarını saxlaya bilməyib. O, karyerasını başa vurması ilə bağlı bunları deyib:

"Oyunun final fiti səslənərkən ən sevdiyim şeyin başa çatdığını hiss etdim. Həyatımın yarısı 17 il yarımlıq karyeram idi. Bütün karyeram gözümün qabağından keçdi. Yaşadıqlarım, işlərim və bugünə qədər qazandıqlarım...Əlimdən gələn hər şeyi etdiyim üçün çox xoşbəxtəm. Ən vacibi də budur. Xəyal qurtardı, indi mənim üçün daha fərqli həyat başlayır".

Qeyd edək ki, İquain karyerası ərzində "İnter Mayami"dən əvvəl "River Pleyt", "Real", "Napoli", "Yuventus", "Milan", "Çelsi"də oynayıb. O, 75 matçda 31 qolla Argentina millisinin tarixində ən yaxşı 5-ci bombardirdir. Forvard ümumilikdə 335 qola imza atıb.

Xatırladaq ki, İquain 2020-ci ilin yayından "İnter Mayami"də oynayırdı.


Son xəbərlər