Kabo-Verde millisinin üzvü “Sumqayıt”da - Rəsmi

Kabo-Verde millisinin üzvü “Sumqayıt”da - Rəsmi
ÖLKƏ FUTBOLU 4 İyul 2022 / 11:55 3775
-  A +

"Sumqayıt" heyətini yeni oyunçu ilə gücləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Stiven Pereyra heyətə cəlb edilib.

28 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

“Zvolle”nin yetirməsi olan Stiven Pereyra Niderland əsilli olsa da, 2017-ci ildən Kabo-Verde yığmasına çağırılır. Əsas millidə 5 oyunda meydana çıxan Pereyra ehtiyat oyunçulardan hesab edilir. Onun son klubu CAR təmsilçisi “Maritzburq Yunayted” olub. Pereyra son 8 ildə Niderlandın "Zvolle, "Maastrixt", Bolqarıstanın SSKA (Sofiya), Portuqaliyanın "Santa-Klara", "Akademiku Vizeu" və "Oliveirense" komandalarında da oynayıb.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Vüsal İsgəndərlini də transfer edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi