Əmrə Böləzoğlu: “Azərbaycanla oyundan sonra dediyim sözlərdə bir həqiqət var”

Əmrə Böləzoğlu: “Azərbaycanla oyundan sonra dediyim sözlərdə bir həqiqət var”
DÜNYA FUTBOLU 9 Dekabr 2010 / 11:29 2399
-  A +

Türkiyə millisinin və “Fənərbaxça” klubunun aparıcı futbolçusu Əmrə Böləzoğlu yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, qardaş ölkənin “NTV Spor” kanalına müsahibə verən Əmrə yığmadakı gələcək taleyinə aydınlıq gətirib: “Bizdən sonra gələcək oyunçuların milli komanda anlayışını dərk etmələri üçün Türkiyə yığmasında karyeramı bitirməyi düşünürəm. Yəni, bizdən sonra gələcək nəsil yığmada oynamaq məsuliyyətini daha çox hiss etməlidirlər. Lakin hələ ki, bu haqda rəsmi qərarımı açıqlamamışam. Qarşıdakı günlərdə keçirəcəyim bəzi görüşlərdən sonra qəti qərarımı verəcəyəm. Azərbaycanla oyundan sonra söylədiyim sözlər daha çox həyəcana səbəb olmuşdu. Doğrudur, mən milli komandadan getmək istədiyimi demişdim. Lakin bu o demək deyil ki, mən Türkiyə yığmasına qarşı biganəyəm. Əsla! Əgər nə vaxtsa mənə ehtiyac duyularsa, yaşım neçə olursa, olsun hər an millidə oynamağa hazıram. İndiki halda həm klubda, həm də millidə işlərim yaxşı gedir. Qarşıda bizi önəmli oyunlar gözləyir. Bəzi insanlarla görüşüb, danışmalıyam. Məhz bundan sonra mənim millidəki karyerama aydınlıq gələcək”.

Son xəbərlər