Mini-futbol millimiz Avropa çempionatının yarımfinalında

Mini-futbol millimiz Avropa çempionatının yarımfinalında
ÖLKƏ FUTBOLU 9 İyun 2022 / 23:29 10944
-  A +

Bu gün mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatında 1/4 final oyununa çıxıb. 

Qol.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma turnirə ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, millimiz qapısını toxunulmaz saxlayıb.

AÇ-nin startı ərəfəsində - iyunun 2-də Slovakiya ilə yoldaşlıq görüşü keçirən yığmamız rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi. 

Qeyd edək ki, yığmamız yarımfinalda sabah Qazaxıstanla qarşılaşacaq.

Daha çox


Son xəbərlər