Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi
XƏBƏR 13 Mart 2022 / 18:30 2448
-  A +

 Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Yagelloniya” ilə qarşılaşıb. Antonun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner