Pekin-2022 Qış Paralimpiya Oyunları başa çatdı

Pekin-2022 Qış Paralimpiya Oyunları başa çatdı
XƏBƏR 13 Mart 2022 / 15:20 1100
-  A +

“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb.

Qol.az xəbər verir ki, Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan yarışda ilk dəfə təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar.  Qalib ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla qalib olub. Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla yarışı  üçüncü sırada bitirib.

Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.

Xatırladaq ki, 13-cü Qış Paralimpiya Oyunları martın 4-ü başlamışdı. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner