Klopp: "Salah müqaviləni nə rədd edib, nə də imzalayıb"

Klopp: "Salah müqaviləni nə rədd edib, nə də imzalayıb"
XƏBƏR 12 Mart 2022 / 14:57 1608
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolçusu Məhəmməd Salahla yeni müqavilə üçün razılaşıb-razılaşmadıqları barədə suallara cavab verib. 

Qol.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Marca"ya açıqlamasında deyib: 

"Salah şübhəsiz ki, bu klubun iddialı olmasını gözləyir. Biz son illərdə belə olmuşuq və belə də davam edirik. Daha çox şey edə bilmərik. Amma böyük ölçüdə bu, Mo-Salahın qərarıdır. Klub əlindən gələni etdi. Hamısı budur. Hər şey tam indiki kimi olmalıdır. Hər şey hazırdır. Sadəcə Salah müqaviləni nə rədd edib, nə də imzalayıb.  Biz gözləməliyik. Hər şey yaxşıdır. Tələsməyə ehtiyac yoxdur". 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner