Slovakiya - Azərbaycan oyunu azarkeşlərlə keçiriləcək

Slovakiya - Azərbaycan oyunu azarkeşlərlə keçiriləcək
XƏBƏR 10 Mart 2022 / 16:19 2087
-  A +

Martın 14-dən etibarən Slovakiyada azarkeşlər oyunları stadionlardan izləyə biləcək.

Qol.az xəbər verir ki, bu barədə Slovakiya Futbol İttifaqının saytı məlumat yayıb. Bildirilib ki, martın 14-dən pandemiyaya qarşı bütün məhdudiyyətlər ləğv ediləcək. Buna baxmayaraq qurum hər kəsin maska taxmağa davam etməli olduğunu bildirib.

Federasiya iki ildən sonra stadionların məhdudiyyətsiz fəaliyyətindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, millimizin Millətlər Liqasındakı rəqiblərindən biri Slovakiya yığmasıdır. Millimiz Slovakiya ilə ilk görüşünü iyununu 10-u evdə, növbəti matçını isə sentyabrın 22-də səfərdə keçirəcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner