17 nəfərin öldüyü matçla bağlı qərar açıqlandı

17 nəfərin öldüyü matçla bağlı qərar açıqlandı
XƏBƏR 9 Mart 2022 / 15:45 2954
-  A +

Meksika çempionatının 9-cu turunda yarımçıq dayandırılmış "Keretaro" - "Atlas" oyunu ilə bağlı qərar verilib.

Qol.az xəbər verir ki, Meksika Futbol Federasiyası və Liga MX rəhbərliyinin qərarına əsasən, meydan sahiblərinə texniki məğlubiyyət verilib. "Keretaro" bir il ərzində ev oyunları başqa arenada azarkeşsiz keçirəcək.

Klubun aşağı yaş qruplarından və qadınlardan ibarət komandalarının görüşünə də fanatlar buraxılmayacaq. Klub rəhbərliyi 5 il müddətinə bütün futbol yarışlarından kənarlaşdırılıb. Kluba isə 70 min ABŞ dolları cərimə kəsilib.

Bundan əlavə, komandanın fan klubları 3 il ev, 1 il səfər matçlarına girə bilməyəcək. "Atlas"da isə fanatlar 6 ay səfər görüşlərini buraxmalı olacaq. Hadisələrdə iştirak edən şəxslər isə ömürlük futboldan uzaqlaşdırılacaq.

Qeyd edək ki, oyun zamanı baş vermiş kütləvi dava nəticəsində 17 nəfər dünyasını dəyişib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner