"Şirokovla özüm haqq-hesab çəkəcəyəm" - Aleksandr Əliyev

"Şirokovla özüm haqq-hesab çəkəcəyəm" - Aleksandr Əliyev
XƏBƏR 9 Mart 2022 / 13:00 4335
-  A +

Ukrayna milli komandasının və Kiyev “Dinamo”nun sabiq futbolçusu Aleksandr Əliyev Rusiya yığmasının keçmiş kapitanı Roman Şirokovun müharibədə ölkəsini açıq şəkildə dəstəkləyən açıqlamasına münasibət bildirib.

Qol.az xəbər verir ki, Azərbaycan əsilli Əliyev “Denisov Time"a müsahibəsində Şirokov haqqında deyib: 

Roman Şirokov

“O, eşşəkdir. Prezidentini dəstəkləyən və onunla razılaşan eşşək. Kaş indi burda olaydı. Amma restoranlara gedir, maşınla rahat gəzir, deyib-gülür. Burada uşaqlarımız, qızlarımız, həyat yoldaşlarımız və analarımımızın başına nələrin gəldiyini, sadə insanların öldüyünü görsəydi, bu alçağın ürəyi dayanardı”.

Aleksandr Əliyev Şirokovla təkbətək danışmaq istədiyini bildirib: "Eybi yox, həyat belədir, dairəvidir. Düşünürəm ki, tezliklə bu alçağı haradasa görəcəyəm. Onunla özüm haqq-hesab çəkəcəyəm. Çünki rahat oturub danışan insanlara nifrət edirəm. Başa düşürəm ki, Rusiya telekanallarında onlar tam başqa şeylər görürlər. Amma bura tam cəhənnəmdir".

Qeyd edək ki, peşəkar futbolçu karyerasının başa vuran Aleksandr Əliyev vətəni Ukrayna uğrunda silaha sarılıb, Rusiya ordusu ilə döyüşür.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner