“Messi ilə yolları ayırdığımıza görə peşman deyiləm”

“Messi ilə yolları ayırdığımıza görə peşman deyiləm”
XƏBƏR 8 Mart 2022 / 16:18 4998
-  A +

“Barselona”nın prezidenti Joan Laporta ötən yay Lionel Messi ilə yolları ayırmaları barədə danışıb.  

Qol.az xəbər verir ki, o, AS-a açıqlamasında bu qərara görə peşman olmadıqlarını deyib: 

“Bu, kədərli və çətin qərar idi, amma peşman deyiləm. Klub hər şeydən, hətta dünyanın ən yaxşı oyunçusundan da üstün olmalıdır. Biz reallıq ilə üz-üzəyik. Xoşbəxtlikdən “Barselona”nın hekayəsi davam edir". 

Qeyd edək ki, “Barselona” ötən yay maddi problemlərinə görə Lionel Messinin istədiyi maaşı ödəyə bilməyəcəyi üçün oyunçu ilə yeni müqavilə imzalamamışdı. 34 yaşlı hücumçu isə PSJ-yə keçmişdi. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner