"Barselona" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi

"Barselona" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi
XƏBƏR 7 Mart 2022 / 19:52 3424
-  A +

"Çelsi"nin futbolçusu Andreas Kristensen karyerasını "Barselona"da davam etdirəcək.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq danimarkalı müdafiəçi ilə razılığa gəlib. Mövsümün sonunda 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Kristensenin "Çelsi" ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. London klubu bir müddət əvvəl ona 4 illik müqavilə təklif etsə də, futbolçu bundan imtina edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner