Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 28-ci tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, Bursa təmsilçisi səfərdə "Boluspor"un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Meydana start heyətində çıxan Namik 74-cü dəqiqədə Rici Ofusu ilə əvəzlənib. Meydan sahibləri oyunu 9 nəfərlə başa vurub. 54-cü dəqiqədə Bekim Balyay ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 66-cı dəqiqədə isə Odise Roşi ikinci sarı vərəqəni görüb.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Boluspor" 10-cu pillədəki mövqeyini qoruyub. 25 xalı olan "Bursaspor" isə 19 komanda arasında 18-cidir.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"