Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən üzvü Mahir Emreli Xorvatiya çempionatının 26-cı turunda "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında deyib:
"Həqiqətən, uzun müddəti idi bu səviyyədə oynamırdım. Bu gün "Dinamo" üçün xüsusi oyun oldu. Həqiqətən, xoşbəxtəm. Bu gedişatımızı davam etdirməliyik. İşləməyə davam edəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Növbəti matç səfərdə "Hayduk"a qarşı olacaq. Bu, Xorvatiyanın ən böyük derbisidir. Biz rəqibə deyil, öz oyunumuza diqqət etməliyik. Hər matçda qələbə qazanmaq istəyirik. "Sibenik"lə oyunun ilk hissəsində bir epizodda uğursuz oldum. Hər kəs mənə dedi ki, sən bunu bacarmalı idin. Uzun müddət idi oynamırdım. Bəzi epizodları istədiyim kimi dəyərləndirə bilmirəm. Çox çalışmalıyam. Komandama daha faydalı olmaq istəyirəm. Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir. Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi".
Qeyd edək ki, Mahir fevralın 3-ü "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"