Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda “Şibenik”i sınağa çəkib və 3:0 hesabı ilə qalib gəlib.
Millimizin üzvü sözügedən görüş üçün start heyətdə yer alıb. Onun ilk hissədə vurduğu zərbə dirəyə dəyib. Mahir 59-cu dəqiqədə Komnen Andriçlə əvəzlənib.
“Dinamo”ya bir müddət öncə keçən Emreli indiyə kimi Xorvatiya çempionatında debüt etməmişdi. Əvəzində o, Avropa Liqası çərçivəsində keçiriln İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Dinamo” bu qələbə sayəsində 53 xalla 10 iştirakçı arasında 1-ci pilləyə yüksəlib.
18:00. "Dinamo" (Zaqreb) - "Şibenik" - 3:0
Qollar: Boçkaj, 18, Petkoviç, 58, Baturina, 76
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"