UEFA-nın prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Superliqasını başlatmaq istəyənlərə xəbərdarlıq edib.
Qol.az "Cope"yə istinadən xəbər verir ki, o, turnirə qatılacaq klubların UEFA-nın bayrağı altında təşkil olunan yarışlarda iştirak edə bilməyəcəklərini xatırldıb: “Superliqadan danışanda sanki söhbət futboldan getmir. Bu turnir sadəcə cəfəngiyatdır. Futbolla heç bir əlaqəsi olmayan layihədən danışmaqdan yoruldum. Bu klublar öz turnirlərində çıxış edə bilər. Amma belə etsələr, bizim yarışlarımızda iştirak edə bilməyəcəklər".
Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.
Qeyd edək ki, "Yuventus", "Real" və "Barselona" yarışı yeni formatda təşkil etməyi planlaşdırır. Formata əsasən, Superliqada iki divizion olacaq və turnirdə ümumilikdə 20 komanda iştirak edəcək. Beləliklə, komandalar aşağı diviziona düşə və yenidən yuxarıya yüksələ biləcəklər.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar