Hər zaman müştərilərini maraqlı təklif və yeniliklərlə sevindirən, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” bu dəfə “Əhmədli” mağazasını tamamilə yeni formatda istifadəyə verib.
1200 m 2 sahəyə malik olan loft dizaynlı mağazanın 1-ci mərtəbəsində dünyanın öndə gələn brendlərinə məxsus rəqəmsal texnikası və nəqliyyat vasitələrinin, 2-ci mərtəbəsində isə böyük və kiçik məişət texnikasının geniş çeşidi yer alıb. Yəni,
eviniz üçün axtardığınız hər şeyi “Kontakt Home – Əhmədli” mağazasından tapa biləcəksiniz.
Bundan başqa, martın 4-ü saat 17:00-da böyükdən kiçiyə hər kəsin əylənib, hədiyyə qazana biləcəyi rəsmi açılış mərasimini qaçırmamağınızı tövsiyə edirik. Çünki “Kontakt” açılış tədbirində uşaqlarınız üçün feys art, cizgi film qəhrəmanları ilə rəqs edib şəkil çəkdirmək, böyüklər üçün isə maraqlı və dəyərli hədiyyəli yarışmalarda iştirak edib musiqili qrupun ifasından zövq almaq imkanı yaradıb.
Sevindirən təkliflər bunlarla məhdudlaşmır. Mağazaya gəlmişkən evinizə lazım olan istənilən əşyanı rəsmi açılışa özəl nağd alışda 50%-dək endirimlə, kreditlə alışda isə bütün smartfonları 12, bütün TV və məişət əşyalarını 18 ayadək ilkin ödənişsiz, həmçinin faizsiz və komissiyasız almağınız mümkün olacaq.
Yalnız açılış münasibətilə və yalnız “Əhmədli” mağazasında
• 128 GB yaddaşlı Samsung Galaxy A52 smartfonunu 720 yox, cəmi 649 manata;
• Aktiv səs izolyasiyasına sahib Xiaomi blutuz qulaqlığını 65 yox, 49 manata;
• A+++ enerji sinfinə aid, 6 kq tutuma malik Electrolux paltaryuyanını 700 yox,
cəmi 499 manata almağınız mümkündür.
Hissəli alışda isə
• 108sm ekran diaqonalına malik Toshiba televizoru ayda 61 manata;
• 1800 Vt-lıq Hoffmann ətçəkəni ayda 12 manata;
• No Frost əritmə sistemli LG soyuducusu isə ayda cəmi 78 manata təklif olunur.
Odur ki, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov k., 34C ünvanında, başqa sözlə, “Bakı kinoteatrı”nın yaxınlığında yerləşən “Kontakt Home – Əhmədli” mağazasına gəlin.
Dəqiq ünvan: Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi 34C.
Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?