Ukraynalı mütəxəssis Andrey Şevçenko İtaliya kubokunun yarımfinal mərhələsində “Milan” və “İnter” arasındakı ilk matç (0:0) zamanı “San-Siro” stadionundan yerli vətəndaşlara videomüraciət ünvanlayıb.
Qol.az 24happenings.com-a istinadən xəbər verir ki, 45 yaşlı məşqçi çıxışında italiyalılardan Ukraynaya dəstək olmalarını istəyib:
“Əziz italiyalı dostlar, “San-Siro”da sizdən xahiş edirəm ki, Ukraynada sülh olması üçün dəstəyinizi göstərəsiniz. Ukrayna xalqı sülh istəyir. Çünki sülhün sərhədləri yoxdur. Gəlin bu müharibəni birlikdə dayandıraq. Hər kəsə təşəkkürlər”.
Qeyd edək ki, Şevçenko 1999-2006, 2008-2009-cu illərdə “Milan”da oynayıb. O karyerası ərzində “Dinamo” (Kiyev), “Çelsi” kimi komandalarda da çıxış edib. 1995-2012-ci illərdə Ukrayna millisinin formasını geyinən keçmiş hücumçu 2016-2021-ci illərdə bu yığmanı çalışdırıb.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi