UEFA Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdıra bilər

UEFA Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdıra bilər
XƏBƏR 28 Fevral 2022 / 16:44 1131
-  A +

UEFA Rusiya futboluna daha ciddi sanksiyalar qoya bilər.

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Rusiya millilərinin və klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılacağı gözlənilir. Artıq bir neçə Avropa ölkəsinin federasiyaları ruslarla qarşılaşmaqdan imtina ediblər. UEFA isə bu durumda çıxış yolunu Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdırmaqda görür. Hazırda UEFA-da bu məsələnin müzakirə olunduğu bildirilib. 

Ancaq o da qeyd olunub ki, UEFA və FİFA bu məsələdə tələsmək də istəmir. Çünki yaxın günlərdə Rusiya ilə Ukrayna arasında müharibə dayansa, UEFA-nın verdiyi qərarlar yersiz ola bilər.

Qeyd edək ki, Rusiya millisinin DÇ-2022-nin final mərhələsinə vəsiqə şansı qalır. Klublardan isə Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə qarşılaşmalıdır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner