Mourinyo "Roma"nın oyununu avtobusundan izlədi

Mourinyo "Roma"nın oyununu avtobusundan izlədi
XƏBƏR 28 Fevral 2022 / 13:35 2219
-  A +

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya A seriyasının 27-ci turunda  “Spezia” ilə oyununu (1:0) klub avtobusundan izləyib.

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Portuqaliyalı mütəxəssis hakimi təhqir etdiyinə görə İtaliya A Seriyasında iki oyunluq cəzalanıb. Belə ki, Mourinyo görüş zamanı stadionda ola bilməyib və matçı "Alberto Pikko" arenasının kənarında dayanmış avtobusdan izləyib.

O, "Spezia" ilə oyunda “Roma”ya rəhbərlik edən köməkçilərinə telefonla da göstəriş verib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner