"Benfika"nın ukraynalı oyunçusu göz yaşlarını saxlaya bilmədi - Video

"Benfika"nın ukraynalı oyunçusu göz yaşlarını saxlaya bilmədi - Video
VİDEO 28 Fevral 2022 / 12:18 3330
-  A +

Portuqaliya çempionatının 24-cü turunda keçirilən “Benfika” – “Vitoriya” matçında (3:0) təsirli anlar yaşanıb.

Qol.az xəbər verir ki, matçın 61-ci dəqiqəsində “Benfika”nın futbolçusu Roman Yaremçuk meydana daxil olarkən göz yaşlarına hakim ola bilməyib.

Çünki 26 yaşlı hücumçu meydana çıxanda azarkeşlər Ukraynaya dəstək nümayiş etdiriblər. Minlərlə azarkeş “Ukrayna” şüarı səsləndirib. Onlar Ukraynaya dəstək pankartları açıblar. Bu isə Yaremçukun göz yaşlarına səbəb olub.

Qeyd edək ki, artıq Avropanın bir çox çempionatında azarkeşlər Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstək verirlər.
 

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner