"Atalanta"nın ukraynalı oyunçusundan Rusiyaya mesaj

"Atalanta"nın ukraynalı oyunçusundan Rusiyaya mesaj
XƏBƏR 25 Fevral 2022 / 10:35 3587
-  A +

Avropa Liqasının 1/16 finalında "Olimpiakos"la qarşılaşmada (3:0) dubl edən "Atalanta"nın ukraynalı hücumçusu Ruslan Malinovski Rusiyaya mesaj verib.

Qol.az xəbər ki, 28 yaşlı forvard  vurduğu qoldan sonra formasını qaldıraraq "Ukraynada müharibəyə yox" yazılı maykasını göstərib. 

Bu zaman yanında olan türkiyəli futbolçu Merih Demirel də ona dəstək verib. Oyundan sonra isə türk futbolçu həmin anı əks etdirən fotonu sosial şəbəkədə paylaşaraq "Müharibəni dayandırın" yazıb.

Xatırladaq ki, iki gün əvvəl Rusiya qoşunları Ukraynaya hücum edib və hazırda iki ölkə arasında müharibə gedir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner