"Marsel"in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun feyr-pley nümunəsi göstərməsinə belə münasibət bildirib: "Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim. Belə şey mənim başıma gəlsəydi, hakimin qərarına təsir etməzdim və qolu qeyd edərdim".
Qeyd edək ki, 34-cü dəqiqədə cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib. Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər