Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasının pley-off mərhələsində "Sevilya" (İspaniya) ilə cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Zaqreb təmsilçisi La Liqa klubu ilə bu dəfə Xorvatiyada üz-üzə gəlib. Görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin Xorvatiya klubu ilk matçda səfərdə 1:3 hesabı ilə uduzduğu üçün ümumilikdə 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.
Mahir isə bu qarşılaşmada meydana 62-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə daxil olub.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
24 fevral
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Sevilya" (İspaniya) - 1:0
Qol: Orşiç, 65
Qırmızı vərəqə: Tomas Deleney, 90+1 ("Sevilya")
İlk oyun - 1:3.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər