ABŞ Rusiya klubuna sanksiya tətbiq etdi

ABŞ Rusiya klubuna sanksiya tətbiq etdi
XƏBƏR 24 Fevral 2022 / 08:45 2001
-  A +

Rusiyanın SSKA klubu ABŞ hökumətinin sanksiyası altına düşüb.

Qol.az xəbər verir ki, buna rəsmi Moskvanın beynəlxalq səviyyədə tanınmayan “Donetsk Xalq Respublikası” və “Luqans Xalq Respublikası”nı tanıması səbəb olub. 

ABŞ-ın sanksiyasına məruz qalan iki bankdan biri olan VEB Bank SSKA-nın səhmlərinin 77,63 faizinə malikdir. 

Rusiya Maliyyə nazirinin müavini Sergey Aleksaşenko championat.com saytına bildirib ki, qərar ABŞ hökuməti tərəfindən verildiyindən klub bundan sonra Amerika dolları ilə əməliyyat apara bilməyəcək. MLS təmsilçisi ilə ABŞ şirkəti və klubları ilə hər hansı sövdələşmə və əməkdaşlıq olmayacaq. 

Bundan başqa, hansı bankda olmasından asılı olmayaraq, klubun bütün dollar hesabı bloklanır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner