Avstriya millisinin baş məşqçisi: “Türklər heyət yox, kolleksiya yığırlar”

Avstriya millisinin baş məşqçisi: “Türklər heyət yox, kolleksiya yığırlar”
DÜNYA FUTBOLU 16 Noyabr 2010 / 13:36 2785
-  A +

Avstraliya milli komandasının baş məşqçisi Holger Osiek bu ölkədə çıxış edən türk əsilli futbolçu Ərsan Gülümün Türkiyə yığma komandasının heyətinə daxil edilməsi ilə bağlı açıqlama verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verditi məlumata görə, Hiddinkin Hollandiya ilə keçiriləcək yoldaşlıq oyunundan öncə Ərsanı heyətə daxil etməsini Avstriyanın baş məşqçisi sərt tənqid edib: “Mən Ərənı Misir ilə qarşılaşmanın heyətinə daxil etdim. Bunu açıqlamadan öncə Ərsanın adını belə çəkmirdilər. Türklərin nə üçün belə bir addım atdığını anlaya bilmirəm. Bəlkə də türk əsilli bir neçə futbolçunun Almaniyaya xidmət etməsi onların bu cür davranmasına səbəb olur”.
Türkiyənin oyunçu seçimində futbolçunun keyfiyyətinin əsas ölçü olmadığını dilə gətirən Osiek daha sonra bunları bildirib: “Türklər sanki heyət qurmaqdan daha çox kolleksiya yığırlar. Əgər Ərsanın xidmətindən gələcəkdə də yararlansalar, bunu hörmətlə qarşılayaram. Amma mən həqiqətən də bir plan olduğunu düşünmürəm. Çünki Ərsan 4 həftə öncə öz komandasında belə heyətə düşə bilmirdi”.

Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi