“Bir ilə yaxındır ki, buradayam. Həmişə eyni üslubda çıxış etmişik və buna sadiq qalmışıq. Mənim əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox çalışmalıyıq ki, komanda inkişaf etsin. Son qarşılaşmada iki qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmədi. Bəlkə də ən yaxşı matçlarımızdan birini sərgilədik”.
Qol.az xəbər verir ki, bu sözləri "Marsel"in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Futbolçuların yorğunluğunu başa düşürəm. Amma buna baxmayaraq, sabah ən yaxşı futbolçulara güvənəcəyəm. Çətin oyun olacaq, amma mərhələni keçməyə çalışacağıq" - deyə o bildirib.
Sampaoli "Qarabağ"ın hücum futbolu sərgilədiyini söyləyib. "Rəqibin heyətində yığma komandanın bir neçə oyunçusu var. Onlara qarşı hansısa tədbirlər görməyə çalışacağıq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər