Mbappenin anası oğluna bunu tövsiyə etdi

Mbappenin anası oğluna bunu tövsiyə etdi
XƏBƏR 22 Fevral 2022 / 17:29 3443
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappenin anası oğlunun Paris təmsilçisi ilə yeni müqavilə imzalanmasını istəyir.  

Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mbappenin anası Fayza Lamari 23 yaşlı hücumçuya klubla sözləşməni yeniləməsini tövsiyə edib.  Bundan əlavə, Lamarinin paytaxt təmsilçisinin idman direktoru  Leonardo və prezidenti Nasser Al-Khelaifi ilə münasibəti də yaxşıdır. Lakin Mbappe özü hələ də PSJ-dən ayrılmaqla bağlı fikrini dəyişməyib. O, “Real”a  keçmək istəyir.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Onun klubla sözləşməsi bu mövsümün sonuna qədərdir. 


Son xəbərlər
topaz banner