Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu

Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu
VİDEO 21 Fevral 2022 / 20:05 1901
-  A +

Fevralın 21-də gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb. 

Qol.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiyanın infrastrukturu ilə tanış olan nazir Fərid Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
 
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner