Depay "Barselona"dan ayrılmaq istəyir

Depay "Barselona"dan ayrılmaq istəyir
XƏBƏR 20 Fevral 2022 / 14:00 4430
-  A +

“Barselona”nın hücumçusu Memfis Depay mövsümün sonunda komandadan ayrıla bilər.

Qol.az xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.

Niderland millisinin üzvü meydana az çıxmasında  narazıdır. Buna görə futbolçu komandasını dəyişmək istəyir. Onun sabiq komandası “Lion”la danışıq apardığı bildirilir.

Qeyd edək ki, 28 yaşlı  futbolçu ötən ilin yayında "Lion”dan azad agent kimi "Barselona"ya keçib. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 23 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.


Son xəbərlər
topaz banner