Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında
XƏBƏR 15 Fevral 2022 / 22:38 2250
-  A +

Azərbaycan ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Qol.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə Pekin 2022 13-cü Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

M.Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı martın 9-da olacaq.

13-cü Qış Paralimpiya Oyunları 4-13 mart 2022-ci il tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda olacaq.


Son xəbərlər
topaz banner