"Qarabağ"ın futbolçusu "Marsel"lə ilk oyunu buraxacaq

"Qarabağ"ın futbolçusu "Marsel"lə ilk oyunu buraxacaq
XƏBƏR 11 Fevral 2022 / 21:09 3692
-  A +

"Qarabağ"ın futbolçusu Abbas Hüseynov Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ilk oyunda iştirak edə bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında səfərdə "Keşlə"yə 6:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.

O, 26 yaşlı müdafiəçinin məşqdə zədələndiyini bildirib: "Bir həftə, bəlkə də 4-5 gün məşq edə bilməyəcək. Qış hazırlığında da komandaya gec qoşuldu, xəstələnmişdi. Əsas oyunçularımızdandır. Bu gün zədəyə görə oynamadı".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


Son xəbərlər
topaz banner