Millimizlə oyunu qardaş qırğınına bənzətdi

Millimizlə oyunu qardaş qırğınına bənzətdi
XƏBƏR 10 Fevral 2022 / 12:12 1773
-  A +

Futzal üzrə Gürcüstan millisinin üzvü Roninyo Avropa çempionatındakı çıxışları ilə bağlı açıqlama verib. 

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Belçikanın “Halle Goik” klubunda  oynayan futzalçı Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyun (3:2) barədə də fikirlərini bildirib:

“Eyni klubda çıxış etdiyim Edu azərbaycanlıların heyətində idi. Bu, bir az qardaş qırğına bənzəyirdi. Əvvəlcədən gülə-gülə dedik ki, əgər hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi”.
 
Qeyd edək ki, Avropa çempionatının qalibi Portuqaliya olub.


Son xəbərlər
topaz banner