"Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik. Sadə toplar itirdik və bu, daha çox müdafiədən oynamağımıza səbəb oldu. Azlıqda qaldıqdan sonra müdafiəni fikirləşməyə məcbur idik. 60-cı dəqiqədən sonra risk etdik".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbano Azərbaycan Premyer Liqasının 15-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Bəzi oyunçular komandanı tərk etdi. Transferlər də etməyə çalışdıq. Natan Oduvanı heyətimizə cəlb etmişik. Hazırda oynayacaq durumda deyil. Santosla Netu zədəyə görə iki dəfə komanda ilə məşq edib.
Biz də ölkə xaricində hazırlıq keçmək istəyirdik. Amma mövcud vəziyyətlə bağlı öz bazamızda hazırlaşdıq. Bəhanə axtarmayacağam. Həm fiziki, həm də texniki-taktiki cəhətdən hazırlaşmağa çalışdıq. Bu gün məni məyus edən məqam qol imkanı yaratmamağımız idi”.
Qurbanov böyük məmnuniyyətlə Şamaxını təmsil edəcəklərini söyləyib: "Martdan artıq Şamaxını təmsil edəcəyik. İstəyirik həmin dönəmdə də azarkeş ordusu olsun, dəstək olsun. Marta qədər oyunlar olacaq ki, komandamız optimal formasını yığa bilsin. Çalışacağıq ki, bizə bəslənilən ümidləri doğruldaq".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər