Overmars "Ayaks"dan biabırçı şəkildə qovuldu

Overmars "Ayaks"dan biabırçı şəkildə qovuldu
DÜNYA FUTBOLU 7 Fevral 2022 / 13:52 4326
-  A +

“Ayaks”ın idman direktoru Mark Overmars istefaya göndərilib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderland futbolunun canlı əfsanələrindən olan keçmiş yarımmüdafiəçi qadın həmkarlarına intim mesajlar göndərdiyi üçün klub bu qərarı verib.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2012-ci ildən bu vəzifədə idi və bu yaxınlarda müqaviləni 2026-cı ilin iyun ayına qədər uzatmışdı.


Son xəbərlər