Dieqo Kostadan "Fənərbaxça” açıqlaması

Dieqo Kostadan "Fənərbaxça” açıqlaması
DÜNYA FUTBOLU 7 Fevral 2022 / 13:40 3566
-  A +

Adı "Fənərbaxça" ilə hallanan ulduz futbolçu Dieqo Kosta buna münasibət bildirib.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu “ajansspor”a açıqlamasında deyib:

“Türkiyədən bir çox menecerlər mənimlə danışır. Bəzi klublara saxta icazə sənədləri də göndərirlər. Türkiyədəki menecerimin ”Fənərbaxça” ilə danışıqları bitdikdən sonra yekun qərarı verəcəyəm”.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü son olaraq Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edib. O, ötən ildən klubduzdur. Təcrübəli forvardla Rusiyanın “Zenit” və “Krasnodar” klubları da maraqlanır.

Nihad Kazımlı


Son xəbərlər