İspaniya kubokunda yarımfinalın püşkü atıldı

İspaniya kubokunda yarımfinalın püşkü atıldı
DÜNYA FUTBOLU 4 Fevral 2022 / 21:22 4403
-  A +

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, finala vəsiqə uğrunda “Valensiya”, “Atletik”, “Rayo Valyekano” və “Betis” klubları mübarizə aparacaq.

Püşkə əsasən, “Valensiya” yarımfinalda “Atletik”lə üz-üzə gələcək. “Rayo Valyekano” isə “Betis”lə qarşılaşacaq.

İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.

İspaniya kuboku, yarımfinal

"Valensiya" – "Atletik"
"Rayo Valyekano" – "Betis"


Son xəbərlər