"Təlim-məşq toplanışı yaxşı keçib və müsbət əhval-ruhiyyədə hazırlaşmışıq".
Qol.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Lifebursa" nəşrinə müsahibəsində deyib.
27 yaşlı yarımmüdafiəçi fiziki və taktiki hazırlıqlara önəm verdikləri bildirib: "Məncə, toplanış çox yaxşı keçib. Bunun bəhrəsini növbəti oyunlarda görəcəyik".
Ələskərov "timsahlar"a keçərkən çempionluğu hədəflədiklərini söyləyib: "Amma hazırda pis vəziyyətdəyik. Hədəflədiyimiz yerdə deyilik. Bu amil mənim üçün bir az çətin oldu. "Bursaspor"un necə böyük klub olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq və daha yaxşı yerlərə gələcəyik".
Yarımmüdafiəçi qarşılaşmalarda standart vəziyyətlərdən fərqlənmək istədiyini sözlərinə əlavə edib: "Bu mövsüm oynadığım oyunlarda bir penalti olub, onu da qolla nəticələndirdim. Bundan əlavə, başqa cərimə zərbəsi və penalti vurmaq şansım olmayıb. Amma fürsət düşsə, bunu dəyərləndirmək istəyərəm".
"Azərbaycanda hər kəs "Bursaspor"un nə qədər böyük klub olduğunu bilir"
Ələskərov karyerası ərzində əsasən sağ cinahda oynadığını diqqətə çatdırıb: "Ötən mövsüm keçmiş komandamda bütün görüşlərdə hücumçu mövqeyində çıxış edirdim. Seçim etmək çətindir, amma özümü hücumda daha rahat hiss edirəm".
Oyunçu Bursa təmsilçisində rəhbər dəyişikliyinin olacağına da münasibət bildirib: "Bu mövzunu komanda və məşqçilərlə danışdıq. Bütün diqqətimizi oyunlara verməliyik. Bizim işimiz meydandadır. Əlimizdən gələni etməliyik və konsentrasiyamızı meydandan kənar məsələlərlə pozmaq istəmirik. Digər məsələlərlə çox maraqlanmırıq".
Təcrübəli futbolçu "Bursaspor"un baş məşqçisi Tamer Tuna haqqında fikirlərini bölüşüb: "Onun bizimlə olduğunu hiss edirik. Oyunçulara motivasiya və dəstək verir. Məncə, çox yaxşı baş məşqçidir. Azərbaycanda hər kəs "Bursaspor"un nə qədər böyük klub olduğunu bilir. Bu mövsüm istədiyimiz kimi olmadı. Amma inanıram ki, hər şey düzələcək".
Ələskərov uzun müddət bu komandanın formasını geyinmək istədiyini deyib: "Uzun müddət "Bursaspor"da oynamaq istəyirəm. Burada həqiqətən xoşbəxtəm. Ümid edirəm ki, bu il bütün problemlər həll ediləcək, qarşıdakı mövsümdə daha iddialı olacağıq və mən də burada oynamağa davam edəcəyəm".
"Bursaspor"a gələndə Superliqaya çıxmağı xəyal edirdim"
Yarımmüdafiəçi cari mövsüm komandada çoxlu baş məşqçi dəyişikliyi olduğunu xatırladıb: "Hər məşqçinin fərqli istəyi var. Ötən mövsüm iki hücumçudan biri kimi meydana çıxırdım. Bu səbəbdən qol vurmağa daha yaxın idim. Bu mövsüm isə cinahda oynayıram. Mənim məqsədim komandaya daha çox fayda verməkdir. Daha çox qol vurub və məhsuldar ötürmə etmək istəyirəm. Hazırda ən önəmli hədəfimiz bu vəziyyətdən çıxmaq və aşağı pillələrdən xilas olmaqdır. Ondan sonra isə xallar toplayaraq üst pillələrə qalxmaq niyyətindəyik. "Bursaspor"a gələndə Superliqaya çıxmağı xəyal edirdim. Bu mövsüm olmadı. Hazırkı durum bunu göstərir. Amma ardıcıl qələbələr qazansaq, hər şey ola bilər. Bu dəfə alınmasa, növbəti növsüm "Bursaspor"la Superliqaya vəsiqə qazanmaq istəyirəm".
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı