İngiltərə millisində oynayırdı - "Keşlə"yə keçdi

İngiltərə millisində oynayırdı - "Keşlə"yə keçdi
XƏBƏR 3 Fevral 2022 / 15:19 4769
-  A +

"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi britaniyalı yarımmüdafiəçi Natan Oduva ilə müqavilə imzalayıb. 26 yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Oduva "Reyncers", "Luton", "Olimpiya" (Sloveniya), "Hapoel Hadera" kimi klublarda oynayıb. Onun son klubu İrlandiyanın “Dandolk”  komandası olub. Oduva sonuncu dəfə 2020-ci ilin dekabrında rəsmi oyunda meydana çıxıb. Yarımmüdafiəçi İngiltərənin U-17, U-18, U-20 komandalarında forma geyinib.
 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner