Mixneviç Polşa millisinin yeni baş məşqçisi oldu - Rəsmi

Mixneviç Polşa millisinin yeni baş məşqçisi oldu - Rəsmi
XƏBƏR 31 Yanvar 2022 / 16:39 2917
-  A +

Polşa millisinin yeni baş məşqçisi məlum olub.

Qol.az xəbər verir ki, yığmanı "Legiya"nın sabiq baş məşqçisi Çeslav Mixneviç çalışdıracaq. Bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə ilin sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Mixneviç son olaraq Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"nı çalışdırıb (2020-21).


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner