"Keşlə"nin sabiq futbolçusu Niderlandın həvəskar klubunda

"Keşlə"nin sabiq futbolçusu Niderlandın həvəskar klubunda
XƏBƏR 22 Yanvar 2022 / 17:57 2501
-  A +

"Keşlə"nin sabiq futbolçusu Ziya Əzizovun yeni klubu müəyyənləşib.

Qol.az bd.nl saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Niderlandın həvəskar komandası hesab olunan "Trinitas"a keçib. O, səhhətindəki problemlər səbəbindən peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.

Qeyd edək ki, Azərbaycanın U-19, U-20 və U-21 yığmalarında oynayan Z.Əzizov 2019/2020 mövsümündə "Keşlə"nin formasını geyinib.


Son xəbərlər
topaz banner