"Qəbələ" Polşa klubuna uduzdu

"Qəbələ" Polşa klubuna uduzdu
ÖLKƏ FUTBOLU 18 Yanvar 2022 / 17:56 3087
-  A +

"Qəbələ" Antalyadakı təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Elmar Baxşıyevin komandası "Zaqlembe" (Polşa) ilə üz-üzə gəlib.

Qarşılaşma Polşa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.

"Zaqlembe" Polşanın əsas çempionatında çıxış edir. Komanda hazırda turnir cədvəlində 20 xalla 14-cüdür. 

Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər