"Sabah" Ukrayna klubu ilə qarşılaşacaq

"Sabah" Ukrayna klubu ilə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 17 Yanvar 2022 / 12:34 1120
-  A +

Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq.

Görüş yanvarın 20-də, “Titatik Deluxe Football Center”in stadionunda baş keçiriləcək.

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib (1:1). Komanda təlim-məşq toplanışının son yoxlama oyununda “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi