"Beşiktaş" Musa Qurbanlı ilə maraqlanır

"Beşiktaş" Musa Qurbanlı ilə maraqlanır
ÖLKƏ FUTBOLU 17 Yanvar 2022 / 09:56 5722
-  A +

"Beşiktaş" "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır.

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotomac" nəşri məlumat yayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Önder Karavelinin klub rəhbərliyindən icazə alaraq, "Qarabağ" rəsmiləri ilə görüşdüyü bildirilib.

Önder Karaveli 2020-2021-ci illərdə "Qarabağ"ın akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Xəbərdə Musa Qurbanlının bu mövsüm Azərbaycan Premyer Liqasında 8 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yaxşı bir performans göstərdiyi qeyd edilib. Yeni komanda quran Karavelinin heyətdə Musanı da görmək istədiyi bildirilib.

Xatırladaq ki, 20 yaşlı hücumçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi