"Marsel"i məğlubiyyətdən türk futbolçu xilas etdi

"Marsel"i məğlubiyyətdən türk futbolçu xilas etdi
XƏBƏR 17 Yanvar 2022 / 09:40 4438
-  A +

 Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə "Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi  "Marsel" "Lill"i qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. İlk hissədə hesabda geri düşən "Marsel" 75-ci dəqiqədə Türkiyə millisinin üzvü Cengiz Ünderin qolu ilə hesabı bərabərləşdirib.

"Marsel" - "Lill" - 1:1

Qollar: Botman, 15 (0:1), Ünder (75 (1:1)

Bu nəticədən sonra "Marsel" 37 xalla 3-cü pillədə qalıb. 29 xala malik "Lill" isə 10-cu pilləyə yüksəlib.


Son xəbərlər
topaz banner