"Arsenal" - "Liverpul" oyunu təxirə salındı

"Arsenal" - "Liverpul" oyunu təxirə salındı
XƏBƏR 5 Yanvar 2022 / 17:58 1767
-  A +

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində keçirilməli olan “Arsenal” – “Liverpul” matçı təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqası məlumat verib. Görüşün təxirə salınmasına səbəb “Liverpul”da kütləvi koronavirusa yoluxma halları olmasıdır. "Mersisaydlılar"ın müraciətini nəzərə alan təşkilatçılar matçın vaxtını yanvarın 20-nə dəyişib.

Yanvarın 13-də keçirilməli olacaq cavab oyunu isə ilk matç kimi təşkil ediləcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner