"Tyaqonun bu gün qaçırdığı 3 epizodu Namik qola çevirərdi"

"Tyaqonun bu gün qaçırdığı 3 epizodu Namik qola çevirərdi"
XƏBƏR 15 Dekabr 2021 / 18:56 3861
-  A +

"Neftçi"nin baş məşqçisi Samir Abasov  komandanın futbolçusu Tyaqo Bezerranın Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qəbələ" ilə səfər matçında (1:1) qaçırdığı 3 qol epizoduna münasibət bildirib.

Qol.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib:

Yay fasiləsində komandaya gələn və gedənlər oldu. Ötən mövsüm Sabir Burqinlə Namik Ələskərov bir-birinə yaxşı uyğunlaşmışdılar. Tyaqo Bezerra ilə Namik Ələskərovu eyni tərəziyə qoymaq olmaz. Amma komanda yoldaşları ilə uyğunlaşma problemi yaşaması problemə yol açır. Tyaqonun bu gün qaçırdığı 3 epizodun hamısında Namik, bəlkə də, qolla tamamlayardı. Amma onun məşqlərdə etdikləri tam fərqlidir. Təəssüf ki, yaş da öz sözünü deyir".

Qeyd edək ki, N.Ələskərov yayda "Neftçi"dən ayrılaraq "Bursaspor"a keçib.
 


Son xəbərlər
topaz banner