Dadaşovun komandası böyük hesabla uduzdu

Dadaşovun komandası böyük hesabla uduzdu
XƏBƏR 12 Dekabr 2021 / 09:36 2129
-  A +

Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə “Vitoriya Gimaraynş”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:5.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tondela” 14 turdan sonra 12 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner