Namiq "Bursaspor"da növbəti qolunu vurdu

Namiq  "Bursaspor"da növbəti qolunu vurdu
XƏBƏR 11 Dekabr 2021 / 21:56 7156
-  A +

Millimizin üzvü Namiq Ələsgərov "Bursaspor"un heyətində Türkiyə 1-ci liqasında növbəti qolunu vurub.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 16-cı turda "Manisa" ilə ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Ələsgərov 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib.Görüş 1:1 hesabı  ilə başa çatıb.

Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur "Denizlispor"la oyunda (3:1) da fərqlənmişdi

Xalını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə qərarlaşıb.
 


Son xəbərlər
topaz banner